Yaşı 50-dən aşağı olanlarda xərçəng riski artıb
İngiltərə vəliəhd şahzadəsi Uilyamın həyat yoldaşı 42 yaşlı Şahzadə Keytin ötən həftə xərçəng xəstəliyindən müalicə olunduğunu açıqlanması 50 yaşdan aşağı xərçəng xəstəliyinin yayılmasını gündəmə gətirib. Bir araşdırmaya görə, erkən yaşlarda xərçəng 1990-2019-cu illər arasında qlobal miqyasda 79 % artıb. Mütəxəssislər 2030-cu ilə qədər gənclər arasında xərçəngə yoluxmaların 31 % artacağını proqnozlaşdırıblar.
Dünya üzrə məşhur onkoloq professor Karol Sikoranın sözlərinə görə, piylənmə, yağlı qidalanma, oturaq həyat tərzi gənclərdə xərçəng xəstəliyini artırıb. Mütəxəssislər həmçinin qırmızı ətin yüksək, meyvənin az olmasının, həddindən artıq spirt istehlakının və siqaretin əsas risk faktorları olduğunu bildiriblər.
Britaniyalı mütəxəssislər süd vəzi xərçənglərinin 80 faizini təşkil edən estrogen reseptor müsbət (ER+) döş xərçənginin nə üçün geri dönə biləcəyini araşdırıblar. Tədqiqatçılar müəyyən ediblər ki, “G9a” adlı fermentin bloklanması yatmış xərçəng hüceyrələrini öldürür. Professor ümid edib ki, ilkin tapıntılar yatmış xərçəng hüceyrələrini öldürən müalicələrə gətirib çıxaracaq ki, təkrarlanma problem yaratmasın.
“Daily Mail” qəzetinin Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsaslanaraq yaratdığı xəritədə dünyada 50 yaşdan aşağı xərçəngə yoluxma nisbəti yer alıb. Türkiyə yüzdə 66 ilə gənc yaşlarda xərçəngin ən çox görüldüyü ölkələr sırasında, Avstraliyaisə yüzdə 135 ilə 50 yaşa qədər dünyada ən çox xərçəng xəstəsi olan ölkə olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...