Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb
Yaponiyanın dərman istehsalçısı “Kobayashi” şirkətinin qırmızı düyü mayası olan qida əlavələrində nəzərdə tutulmayan daha iki maddə aşkar edilib.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Səhiyyə, Əmək Nazirliyi və Milli Səhiyyə Elmləri İnstitutu inqrediyent nümunələrinin təhlilindən sonra məlumatı təsdiqləyib və əlavə edib ki, aşkarlanan birləşmələrin insan orqanizminə hər hansı zərər verib-vermədiyi hələlik məlum deyil.
Tərkibində “Beni-Koji” adlı əlavə olan bu məhsulları qəbul edən insanlarda böyrək problemlərinin yarandığına dair çoxsaylı sübutlar var. İndi isə Səhiyyə Nazirliyi yeni tapılan birləşmələrin sağlamlığa təsiri ilə bağlı araşdırmalara başlayıb.
Xatırladaq ki, qırmızı düyü qida əlavəsindən zəhərlənən beş nəfər ölüb, 240 nəfər isə xəstəxanaya yerləşdirilib. Baş verən ölüm və zəhərlənmə halları ilə əlaqədar şirkətin təxminən 6 min adda məhsulu yoxlanılmağa başlayıb. İkinci ölüm halı faktı məlum olandan sonra şirkət xolesterolu aşağı salan beş adda 300 min qutu məhsulunu könüllü olaraq satışdan yığışdırıb. “Kobayashi” tərəfdaşı olduğu bütün şirkətlərdən tərkibində “Beni-Koji” olan məhsulların satışını dayandırmağı xahiş edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...