Türkiyənin Qabar bölgəsində gündəlik neft hasilatı 40 min bareli ötüb
Türkiyənin Şırnak vilayəninin Qabar dağı bölgəsindəki neft quyularında gündəlik hasilat 40 min bareli ötüb. Hədəf ilin sonuna qədər bu rəqəmi 100 min barelə çatdırmaqdır.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii qaynaqlar naziri Alparslan Bayraktar bildirib.
Şırnakın indi Türkiyənin neft şəhəri və neft paytaxtı olduğunu qeyd edən nazir hazırda 33 quyuda bu hasilata nail olduqlarını, hasilatın bir quyudan orta hesabla 1 200 bareli keçdiyini deyib.
Nazir bildirib ki, bu hesabla 95 quyu hədəfinə çatdıqda ilin sonuna kimi hasilat rəqəmi əsas hədəf olan 100 min barelə yüksələcək. Bu, ilk növbədə Türkiyənin xüsusilə enerji baxımından xaricə asılılığını azaltmaq üçün vacibdir.
Bayraktar yeni kəşfiyyat quyularının olduğunu da açıqlayıb.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...