4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Türkiyə XİN: AŞPA-nın Azərbaycanla bağlı qərarı təmsilçilik hüququna ziddir

16-02-2024

Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi ilə bəyanat yayıb.

Fhnews.az xəbər verir ki, bəyanatda Türkiyə XİN-in AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq edilməməsi barədə qərarın təəssüflə qarşılandığı bildirilib.

Qeyd edilib ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir. Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək.

Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırıb.

Paylaş: