22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyə uzunmüddətli iqlim dəyişikliyi strategiyasını Bakıda elan etməyə hazırlaşır

09-05-2024
IMG

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirinin müavini Fatma Varank bununla bağlı açıqlama verib.O bildirib ki, 2053 xalis sıfır hədəfinə çatmaq üçün uzunmüddətli iqlim dəyişikliyi strategiyası hazırlanır və bu il COP29-dan əvvəl başa çatdıraraq Bakıda bu yol xəritəsini açıqlamaq istəyirik.

Almaniyanın paytaxtı Berlində keçirilən 15-ci Petersberg İqlim Dialoqu toplantısına Türkiyə adından qatılan Varank toplantı və Türkiyənin iqlim hədəfləri ilə bağlı qiymətləndirmələr edib.İqlim dəyişikliyi ilə mübarizədə qərarların beynəlxalq çərçivədə qəbul edildiyini bildirən Varank bu il 11-22 noyabr 2024-cü il tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin 29-cu Konfransının (COP29) Bakıda keçiriləcəyini xatırladıb. 

Bu iclasa Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edəcəyini bildirən Varank Türkiyənin xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatların yaşadığı çətinlikləri, həll yollarını və alınan dərsləri nəzərə aldığını və dilə gətirdiyini ifadə edərək, qlobal temperatur artımını məhdudlaşdırmaq üçün təsirli və sürətli iqlim tədbirlərinin aparılmasının vacibliyini vurğulayıb.

Türkiyə kimi həm zəlzələ, həm də iqlim səbəbiylə çoxsaylı fəlakətlər yaşayan ölkələrin daha çox maliyyə və texnologiya dəstəyinə ehtiyacı olduğuna diqqət çəkən fatma  Varank Türkiyənin bu əsas narahatlıqlarını dilə gətirdiyini söyləyib.

O, Türkiyənin G20 ölkəsi olmasına baxmayaraq, iqlim dəyişikliyində ən az tarixi məsuliyyət daşıyan ölkələrdən biri olduğunu ifadə edərək, ölkənin hazırkı məsuliyyətinin (emissiyalarda) yüzdə 1 civarında olduğunu və buna baxmayaraq Türkiyənin üzərinə düşən vəzifələri yerinə yetirdiyini qeyd edib.Paris razılaşması çərçivəsində əlaqədar nazirliklərlə birlikdə 2030-cu ilə qədər hədəflənmiş iqlim planı hazırladıqlarını və Birləşmiş Millətlər Təşkilatına  təqdim etdiklərini bildirən Varank bu  məlumatları da paylaşıb:

"Biz bu planda özümüzə çox mühüm hədəflər qoymuşuq. Bu hədəflə alacağımız iqlim siyasəti tədbirləri ilə normal ssenaridə buraxmağı gözlədiyimiz istixana qazı emissiyalarımızı 2030-cu ilə qədər 41 faiz azaldacağıq. Burada, enerjidən kənd təsərrüfatına, sənayedən nəqliyyata qədər yeddi sektor üçün və dövrü əhatə edən 2024-2030-cu illər üçün İqlim Dəyişikliyi Strategiyasını və Fəaliyyət Planını qeyd etmək istərdim. Bildiyiniz kimi, ölkəmiz bərpa olunan enerji sahəsində ciddi potensiala malikdir. Bizim burada da çox iddialı məqsədlərimiz var. Ölkəmizdə quraşdırılmış elektrik enerjisi istehsal gücü 107,2 gigavata çatdığı halda, gücün 56 faizi bərpa olunan enerji mənbələrindən ibarətdir. Biz 2035-ci ilə qədər ilk növbədə külək və günəş enerjisi hesabına yeni bərpa olunan enerji istehsal gücünü əlavə 68 giqavat artırmağı planlaşdırırıq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ildə BMT Baş Assambleyasında Türkiyənin 2053-cü il üçün xalis sıfır emissiya hədəfi və yaşıl çevrilmə vizyonunu açıqladığını xatırladan Varank bir daha xatırladıb ki, bu kontekstdə 2053-cü ildə xalis sıfır hədəfimizə çatmaq üçün uzunmüddətli iqlim dəyişikliyi strategiyamızı hazırlayırıq və bu il biz bu yol xəritəsini Bakıda COP29-a qədər tamamlamaq istəyirik”.

Paylaş: