Tunis sahillərində 18 qeyri-qanuni immiqrasiya cəhdinin qarşısı alınıb
Tunis sahillərində Aralıq dənizi vasitəsilə İtaliyanın Lampeduza adasına 18 qeyri-qanuni immiqrasiya cəhdinin qarşısı alınıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Tunis Milli Qvardiyası məlumat yayıb. Bildirilib ki, əməliyyatlar zamanı 49 təşkilatçı həbs edilib.
Əməliyyatların keçirildiyi tarix və immiqrantların sayı barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, mərkəzi Aralıq dənizi sahillərində yerləşən Tunis Avropaya qeyri-qanuni immiqrasiya üçün ən populyar tranzit məntəqələrindən biridir. Son aylar oradan İtaliyanın Lampeduza adasına qeyri-qanuni immiqrasiya ilə mübarizə tədbirləri gücləndirilib. Ölkə səlahiyyətliləri problemi həll etmək üçün ciddi səy göstərsələr də, İtaliyaya gedən qeyri-qanuni mühacirlərin sayı artmaqda davam edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...