4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

TDT-nin müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə seçkiləri izləyəcəklər
 

06-02-2024

Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) fevralın 7-nə təyin edilmiş prezident seçkilərini izləmək üçün Azərbaycanda fəaliyyətə başlayıb.

Fhnews.az “secki-2024.az” saytına istinadla xəbər verir ki, TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüralıyevin rəhbərlik etdiyi missiyaya qurumun katibliyinin rəsmiləri, üzv dövlətlərin Mərkəzi Seçki komissiyalarının (MSK) nümayəndələri və TDT ölkələrinin mütəxəssisləri daxildir. Nümayəndə heyətinin Azərbaycan Xarici İşlər Nazirliyində və Mərkəzi Seçki Komissiyasında görüşləri nəzərdə tutulub.

TDT-nin müşahidəçiləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də seçkiləri izləyəcəklər.

Nümayəndə heyətinin səfərinin müddəti fevralın 8-dək planlaşdırılıb.

Paylaş: