Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin ilk iclasında iştirak edəcək
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 15-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfər edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edəcək, Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədilə qadın parlament sədrləri ilə görüşəcək.
Azərbaycan nümayəndə heyətinə deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov və digər rəsmi şəxslər daxildir.
Ermənistan ordusu tərəfindən Başlıbel...
Başlıbel faciəsinin şahidi: Ermənistan...
Bəhreynin xarici işlər naziri...
Azərbaycanın NATO yanında...
Azərbaycan-Bəhreyn parlamentlərarası...