Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik
Azərbaycanda 7 mindən artıq arxeoloji memarlıq abidəsi mövcuddur. Onlar bizə əvvəlki nəsillərdən qalıb və qorunma statusundadır. Hökumətin abidələrə qayğısına baxmayaraq, yenə də onların qorunması ilə bağlı müəyyən problemlər var.
Fhnews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də təşkil olunan "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı 4-cü plenar sessiyada çıxışı zamanı deyib.
"Ən böyük problem uzun illər işğalda olan abidələrdir. Ərazilərin xeyli hissəsi minalı olduğundan onlara yaxınlaşa bilmirik. Xüsusilə arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik", - deyə Səbinə Hacıyeva vurğulayıb.
Bu gün “Muğam” Televiziya Müsabiqəsi...
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab...
Respublika Gənclər Kitabxanasında Ulu...
Milli Kitabxana faşizm üzərində qələbəyə...
Musiqi və incəsənət məktəbləri...