22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Peruda denge qızdırması hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

27-02-2024

Ölkənin Səhiyyə Nazirliyi bu ilin ilk aylarında qeydə alınan denge qızdırması hallarının ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artdığını açıqlayıb.

2024-cü ildə ölkədə yoluxma sayının 31 mini keçdiyinə diqqət çəkən Nazirlik 2023-cü ildə qeydə alınan 18 ölümə baxmayaraq, bu il indiyədək 32 nəfərin öldüyünü açıqlayıb.

Səhiyyə ekspertləri bəyan ediblər ki, elan edilmiş fövqəladə vəziyyət hökumətin maliyyə dəstəyini və tibb işçilərinin təsirlənmiş ərazilərə göndərilməsini asanlaşdıracaq. Fövqəladə vəziyyət paytaxt Lima və 24 bölgəni əhatə edəcək.

Paylaş: