Orskda talançılarla mübarizə tədbirləri gücləndiriləcək
Daşqından zərər çəkmiş Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində talanların qarşısını almaq üçün təhlükəsizlik qüvvələrinin patrul xidməti gücləndiriləcək.
Fhnews.az xəbər verir ki, bu barədə şəhərin meri Vasili Kozupitsa məlumat verib.
“İnsanlar tərk etdikləri evlərində qalan əmlaklardan narahatdırlar. Buna görə də su basmış əraziləri talançılardan qorumaq üçün polis patrullarının sayını artırmağa qərar verdik”, – deyə mer bildirib.
Aprelin 8-də şəhərin başçısı Vasili Kozupitsa, Orskda daşqından sonra bəndin dağılmasından əziyyət çəkən ailə üzvlərinə prioritet tədbir olaraq 100 min rubl məbləğində təzminat verildiyini açıqlayıb.
Qeyd edək ki, aprelin 5-də Orenburq vilayətinin Orsk şəhərində Ural çayı üzərindəki bənd bir anda iki yerdən partlayıb və nəticəsində subasmaya məruz qalmış ərazilərdən 2,4 mindən çox insan təxliyə edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...