Mütəxəssis: Yuxusuzluğun səbəbi dəmir çatışmazlığı ola bilər
Yuxusuzluğun səbəbi dəmir çatışmazlığı ola bilər.
Fhnews.az Türkiyə mediasına istinadla mütəxəssis Dr.Özden Yener Çakmakın mövzu ilə bağlı araşdırmasını təqdim edir.
Ayaqlarda narahatlıq halları baş verə və onu hərəkət etdirmək çətinləşə bilər. Oturmaq və ya uzanmaq kimi uzun müddət hərəkətsiz qaldığımız vəziyyətlərdə ayaqlarda olan narahatlıqlar başlayır, bu əsasən gecələr baş verir və getdikcə artır. Ayaqlarda baş verən xəstəliklər sancı, yanma xarakterli ola bilər. Şikayətlər hər iki ayaqda və ya bir ayaqda da baş verə bilər. Bəzi xəstələrdə qollar bundan da təsirlənə bilir. İstirahət zamanı yaranan şikayətlər addım atarkən dərhal dayanır. Gecələr bu vəziyyət tez-tez baş versə də, gün ərzində xəstəlik irəlilədikcə şikayətlər müşahidə edilməyə başlayır. Bu vəziyyətə görə isə xəstələrdə tez-tez yuxu problemlərinə rast gəlinir.
Ayaqlarda olan xəstəliklərin bir çox səbəbi var. Amma ən əsası dəmir çatışmazlığı halıdır. Bundan başqa, ayaqlardakı xəstəliklər xroniki nevroloji xəstəliklərin gedişində də müşahidə oluna bilər. Buna görə də əvvəlcə ağrının səbəbləri araşdırılmalıdır. Nəticədə həmin səbəb aradan qaldırılmalı və müalicə tətbiq edilməlidir. Bu zaman tam sağalma baş verə bilər. Həmçinin dəmir vitaminlərinin qəbulu əsas meyardır və müalicədə əhəmiyyətli rola malikdir.
Ayaqdakı narahatlıqlardan şikayətləri azaltmaq üçün insanların diqqət yetirməsi vacib olan məqamlar var: - Alkoqol və kofein istehlakını dayandırmaq, siqaretdən imtina, müntəzəm idman, yatmazdan əvvəl isti vanna qəbul etmək, yuxu rejimini düzgün qaydada tənzimləmək. Dərmanlar da həkim nəzarəti ilə qəbul edilməlidir. Mütəxəssisin rəyi əsasında qəbul edilən vitamin və dərmanların miqdarı müalicə üçün daha faydalı və təsirlidir.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...