24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Münire Sultana məxsus  “Qurani-Kərim” 145 min dollara satılıb

03-05-2024
IMG

İngiltərənin paytaxtı Londonda “Sothebys” Hərrac Evində keçirilən "İslam Dünyası və Hindistan İncəsənəti" hərracında bir çox əsər satılıb.Əsərlər arasında Sultan I Əbdülməcidin qızı Münire Sultana məxsus Qurani-Kərimin əlyazması da var. 

Qeyd edək ki, Sultan I Əbdülməcidin qızı Münirə Sultan üçün  1860-cı ildə xüsusi olaraq xəttat İbrahim Haqqıya yazdırdığı “Qurani-Kərim” rekord qiymətə satılıb. 

Münirə Sultanın həyat yoldaşı İbrahim İlhami Paşanın adından yazıldığı bilinən Osmanlı əsəri 18-ci əsrə və xüsusilə 19-cu əsrə damğasını vuran türk rokokosunun ən yaxşı nümunələrindən biri olaraq görülür.

Hərracda Osmanlı xəttatlarının müxtəlif əsərlərindən əlavə, İznik çiniləri, ipək seccadelər, kupalar, kilimlər, xəncərlər və fincan dəstlərinin də alıcısı olub.

Paylaş: