Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin əvvəlindən mart ayının 1-dək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
Fhnews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10440 piyada əleyhinə, 3301 tank əleyhinə mina və 12693 partlamamış döyüş sursatı aşkar olunub.
Aşkar olunmuş mina və partlamamış döyüş sursatları, o cümlədən kustar üsullarla hazırlanmış partlayıcılar xüsusi təyin olunmuş yerlərdə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları ilə məhv edilir.
Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...