22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mərmərə üçün sunami erkən xəbərdarlıq sistemi quruldu

09-05-2024
IMG

Kandilli Rəsədxanası Mərmərə dənizində 19 yeni çox disiplinli sunami erkən xəbərdarlıq stansiyalarının qurulduğunu açıqlayıb. Mərmərə dənizində mümkün zəlzələ baş verərsə, bu stansiyalar işə salınacaq və sunami ehtimalı barədə rəsədxanaya məlumat veriləcək.

Kandilli Rəsədxanasının direktoru Haluk Özener qurulan stansiyalarla bağlı bunları deyib: “Beynəlxalq standartlarda zəlzələdən sonra 7 dəqiqə ərzində sunami olub-olmayacağını AFAD vasitəsilə vətəndaşlarla paylaşacağıq. Mərmərə dənizi üçün stansiyaların sayını nə qədər çox artırsaq, bu xəbərdarlıq mesajını bir o qədər tez vermək şansımız olur. Biz bunu təxminən 4-5 dəqiqəyə endirməyi planlaşdırırıq." 

Maraqlıdır, Mərmərədə sunami ehtimalı varmı? Bu suala mütəxəssis yanaşması ilə Kandilli Rəsədxanasının direktoru Haluk Özener belə cavab verib : “Mərmərə dənizində mümkün Mərmərə zəlzələsi olarsa torpaq sürüşmələri səbəbindən sunami riski var. Biz ilk mərhələdə Mərmərə dənizi ətrafında 20 sunami stansiyası qurmağa başladıq. Onlardan 19-nu həyata keçirdik. İstanbulda, Büyükadada, Demokratiya və Azadlıq adasında, sonuncu stansiya isə İmralı adasında tikiləcək”.

Paylaş: