Madrid hava limanında tətil minədək aviareysə təsir edə bilər
Madrid Beynəlxalq Hava Limanında yerüstü xidmət əməkdaşlarının tətili Pasxa bayramında minədək aviareysə təsir edə bilər.
Fhnews.az xəbər verir ki, Europa Press agentliyinin məlumatına görə, həmkarlar ittifaqı tətilləri martın 27-29-na planlaşdırıb. Yerüstü xidmət işçiləri digər məsələlərlə yanaşı, iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edirlər.
Bu il katoliklərin Pasxa bayramı martın 31-nə təsadüf edir. Martın 27-dən aprelin 1-dək Madrid hava limanında təxminən 6,4 min uçuş planlaşdırılır. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...