“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 22 ədəd “Starlink” peykini orbitə çıxarıb.
Fhnews.az xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, “Falcon 9” martın 19-da Kaliforniya ştatının Vandenberq bazasından start götürüb.
“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 6 mindən çox peyk buraxıb. Hazırda onların 5,6 mindən çoxu işlək vəziyyətdədir.
Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın mini-peyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...