İdman depressiyanın müalicəsində daha yaxşı effekt verir
Avstraliyalı alimlərin apardığı tədqiqatın nəticələrinə görə, bəzi idman növləri depressiyanın müalicəsində antidepresantlardan daha effektivdir.
Fhnews.az Sky News telekanalına istinadla xəbər verir ki, araşdırma zamanı piyada gəzintinin, qaçışın və yoqanın digər idman növlərindən daha çox təsir göstərdiyi və gərgin vəziyyətlərdə “əsas müalicə” metoduna çevrilə biləcəyi məlum olub. Alimlərin sözlərinə görə, bu, mütəmadi xarakter daşıyarsa, müalicə daha tez və təsirli nəticə verə bilər.
Bir sıra ölkələrdən 14 mindən çox insanın iştirak etdiyi və 218 klinikada aparılan təcrübələr zamanı idmanın dərmanların təsirini ikiqat artırdığı da sübut olunub.
“Depressiyada olan bir çox insan məşqin çətinliyindən şikayətlənir. Lakin faktlar idmanın fiziki sağlamlığa kömək edərək, depressiya üçün müalicə paketinin mühüm hissəsi olduğunu təsdiqləyir”, - deyə psixiatrlar kollecinin mütəxəssisi Paul Kidvell bildirib.
Professor Maykl Blumfild isə yataqdan qalxmağa çətinlik çəkən və daha ağır depressiya formaları ilə qarşılaşan insanlarda sadəcə idmanla məşğul olmağın bir o qədər də fayda vermədiyi qənaətindədir. Depressiya bir sıra amillərdən qaynaqlanır və xəstələrə təklif edilən dərmanlar idmanla birlikdə daha təsirli ola bilər.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...