22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanın qərbində kimya fabrikində baş verən yanğında 5 nəfər ölüb

24-03-2024

Şənbə günü axşam saatlarında Hindistanın qərbindəki Racastan əyalətində kimya fabrikində baş verən yanğın nəticəsində azı 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə əyalətin paytaxtı Caypur şəhəri yaxınlığındakı Şalimar kimya zavodunda baş verib. Polis bildirib ki, yanğına səbəb fabrikdəki qazanlardan birində baş verən partlayış olub.

Yaralılar yerli xəstəxanaya yerləşdirilib.

Ölənlərin hamısı kimya fabrikində işləyən fəhlələr olub.

Paylaş: