Heç kimin getmədiyi ada
Məlumat üçün bildirək ki, dünyada bir neçə olduqca təhlükəli ada var ki, həmin yerlərə səyahət etmək qadağandır. Çox vaxt bu, yalnız təhlükəsizlik ilə deyil, həm də qanunvericilik səviyyəsində öz əksini tapır.
Məlumdur ki, ilanlar insan həyatı üçün təhlükəlidir Ancaq bəzi növləri digərlərindən daha təhlükəlidir.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, Queimada Qrande adasında planetdə rastlaşacağınız ən ölümcül ilanlardan bəziləri var. Əgər kimsə bu məxluq tərəfindən hücuma məruz qalsa, ölüm ehtimalı son dərəcə yüksək olacaq.
Məsələ burasındadır ki, bu cür ilanların zəhəri tez hərəkət edir. Adada bu ilanların sayı çox yüksək olduğundan, nəinki bu əraziyə baş çəkmək, hətta yaxınlıqda balıq tutmaq və ya üzmək mümkün deyil.
Qeyd edək ki, coğrafi baxımdan Queimada Qrande Braziliyaya aiddir.
Alimlər yeməli yosunlarda dərinin...
Şərqi Aralıq dənizində dəniz otu...
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...