22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hərraca çıxarılan əsərin italyan rəssamının  itmiş tablosu olduğu təsdiqlənib

07-05-2024
IMG

Madriddə hərraca çıxarılan rəsm əsərinin italyan barokko ustası Mikelancelo Merisi da Karavacionun itmiş əsəri olduğu ortaya çıxıb. İspaniyanın Prado Muzeyi bu faktı təsdiqləyib. Rəsm bu ayın sonunda muzeydə ilk dəfə ictimaiyyətə təqdim olunacaq. Muzey  'Ecce Homo' latıncadan 'İnsana Bax' adlı əsərin kimliyi açıqlanmayan yeni sahibi ilə edilən razılaşmaya əsasən mayın 27-dən oktyabr ayına qədər tək parçadan ibarət xüsusi sərgi olaraq nümayiş etdiriləcəyini bildirib.

İspaniya rəsmiləri 17-ci əsr ispan rəssamlarından biri olan Xose de Riberanın tələbəsinə aid olduğu düşünülən, lakin Karavacioya aid edildiyi ehtimal olunan əsərin hərracını muzeyin xəbərdarlığı ilə 2022-ci ilin aprelində dayandırıb.

Əsər 1500 avro başlanğıc qiyməti ilə hərraca çıxarılmalı idi. Amma bu orijinal tablonun real qiyməti on milyonlarla avrodur. O vaxtdan bəri sahibləri tərəfindən aparılan bərpa işləri sayəsində rəsmin Karavacioya məxsus olduğu və 17-ci əsrdə İspaniyaya gətirildiyi üzə çıxıb.

Paylaş: