Güclü qar və yağışın yaratdığı yeraltı təzyiq zəlzələlərə səbəb ola bilər
Alimlər müəyyən ediblər ki, güclü qar və yağışın yaratdığı yeraltı təzyiq bəzi zəlzələlərin yaranmasına səbəb ola bilər.
“Science Advances” jurnalında dərc olunan məqaləyə görə, tədqiqatçılar Yaponiyanın qərbindəki Noto yarımadasında seysmik hərəkətlər və mövsümi qar və yağış nümunələri nəticəsində yeraltı təzyiqdə dəyişikliklərin eyni vaxtda baş verdiyini müşahidə ediblər.Tədqiqatçılar bu seysmik hərəkətlərin əsas zəlzələ ilə başlayan və daha sonra kiçik sarsıntılarla davam edən tipik zəlzələ zəncirləri kimi deyil, əsas zəlzələ olmadan davamlı zəlzələ klasteri şəklində olduğunu müəyyən etmiş və Noto yarımadasında baş vermiş zəlzələləri tədqiq etmişlər.
Yaponiya Meteorologiya Agentliyinin ölkədəki seysmik fəaliyyətlərin zəlzələ kataloqundan istifadə edən elm adamları 2020-ci ildən əvvəl baş vermis zəlzələlərin o ildən sonrakılara nisbətən daha nizamsız və əlaqəsiz olduğunu əsas gətirərək 2020-ci ili zəlzələ silsiləsinin başlanğıcı olaraq təyin ediblər.
Bu kontekstdə tədqiqatçılar Noto və ətraf stansiyalar arasında seysmik sürəti hesablamaq üçün stansiya ölçmələrindən istifadə ediblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...