Gücləndirilmiş nəzarət Meksika sərhədində yük maşını növbəsinə səbəb olub
Texas İctimai Təhlükəsizlik Departamenti Meksika sərhədindəki Ciudad Juarezdən gələn və El Pasodakı Ysleta Gömrük Qapısından istifadə edərək ABŞ-na keçən bütün yük maşınlarında və qoşqularda gücləndirilmiş təhlükəsizlik yoxlamalarını yenidən başladıb.Bu, sərhəd qapısında uzun avtomobil növbələrinə səbəb olub.
Meksika hakimiyyəti iddia edir ki, ABŞ tərəfinin El Paso sərhəd keçidində apardığı geniş yoxlamalar səbəbindən kommersiya avtomobilləri ilə malların çatdırılmasında gecikmələr gündə 32 milyon dollara qədər itkiyə səbəb olur.
2023-cü ildə El Pasoda həyata keçirilən təhlükəsizlik yoxlamaları zamanı Amerika tərəfinə 1,9 milyard dollar dəyərində mal daşıyan 19 minə yaxın yük maşınının keçid icazəsi ala bilmədiyi üçün Meksika sərhədində qaldığı xatırladılıb. Meksika rəsmilərinə görə, Ysletada böyük nəqliyyat vasitələri sərhədi keçmək üçün orta hesabla 8 saat gözləmə müddəti ilə üzləşməlidir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...