Göydə həyəcanlı anlar : uçuş sırasında təyyarənin təkəri qopdu
ABŞ-da San-Fransiskodan Yaponiyaya uçan təyyarənin təkəri havaya qalxarkən qoparaq yerə düşüb. İçərisində 235 sərnişin və 14 nəfərlik heyət olan sərnişin təyyarəsi təcili eniş etməli olub.
Bütün sərnişinlər mindikdən sonra təyyarə adi uçuş üçün uçuş-enmə zolağında hərəkət etməyə başlayıb. Təyyarə yavaş-yavaş havaya qalxan kimi təkərlərindən biri təyyarədən qopub və yerə düşüb.
Beləki, Yaponiyaya uçmaq üçün San-Fransisko hava limanından qalxan Boeing 777 sərnişin təyyarəsi gözlənilməz problemlə üzləşib. Təyyarənin təkəri qopan zaman təcili eniş qərarı verilib. Sərnişin təyyarəsi Los Anceles Beynəlxalq Hava Limanına enib. Eniş heç bir problem olmadan başa çatıb.
Enişdən sonra sərnişin təyyarəsi evakuatorun köməyi ilə uçuş-enmə zolağından çıxarılıb. 235 sərnişin və 14 ekipaj üzvü olan təyyarədə xəsarət alan olmayıb. Sərnişinlər başqa təyyarəyə köçürülüb və onların uçuşları təmin edilib. Təkər hava limanında bir avtomobilin üzərinə düşüb.
Zərbənin təsirindən avtomobilin şüşələri sınıb.Aviaşirkət 2002-ci ildə istehsal olunan təyyarənin əskik və ya zədələnmiş təkərlərlə təhlükəsiz eniş üçün nəzərdə tutulduğunu bildirib. Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...