Dünyada ən çirkli havası olan paytaxt şəhəri açıqlanıb
Hindistanda Nyu-Delhinin də daxil olduğu Delhi milli paytaxt dairəsi dünyanın ən çirkli paytaxt şəhəri kimi qəbul olunub. Ən çirkli havaya malik şəhər isə Hindistanın Bequsaray şəhəri seçilib.
Fhnews.az xəbər verir ki, bu barədə İsveçrənin "IQAir" təşkilatı tərəfindən hazırlanan dünyada 2023-cü il üzrə havanın keyfiyyəti ilə bağlı araşdırmada bildirilib.
"Delhidə PM2.5 səviyyəsi 2022-ci ildə hər kubmetr üçün 89,1 mikroqramdan 2023-cü ildə 92,7 mikroqrama qədər pisləşib", - deyə araşdırmada qeyd edilib.
Beləliklə də şəhərin havasında PM2.5 (tənəffüs sisteminə dərindən nüfuz edə bilən və sağlamlıq problemlərinə səbəb ola bilən kiçik hissəciklər) konsentrasiyası hər kubmetr üçün 60 mikroqram təhlükəsizlik həddini xeyli üstələyib.
Araşdırmada vurğulanıb ki, 2018-ci ildən bəri Hindistanın paytaxtı dörd dəfə dünyanın ən çirkli paytaxt şəhəri seçilib.
Eyni zamanda Bixar ştatındakı Bequsaray şəhəri dünyanın ən çirklənmiş aqlomerasiyası olan şəhəri kimi tanınır. Burada hər kubmetr üçün orta hesabla 118,9 mikroqram PM2.5 konsentrasiyası qeydə alınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...