22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünya Müsəlman Alimləri Birliyi: “Moskvada baş verən terror aktının İslamla heç bir əlaqəsi yoxdur”

23-03-2024

Dünya Müsəlman Alimləri Birliyi Rusiyanın paytaxtı Moskvada törədilən terror aktını pisləyib və hücumun İslam dini ilə heç bir əlaqəsi olmadığını bəyan edib. Dünya Müsəlman Alimlər Birliyinin baş katibi Əli Karadaği sosial media hesabından verdiyi açıqlamada Moskvadakı hücumu şiddətlə qınadıqlarını bildirib : 

"Bu terror əməliyyatının İslamla heç bir əlaqəsi yoxdur. İslamı təmsil etdiklərini iddia etsələr də, İslamdan çox regional və beynəlxalq kəşfiyyat casuslarını təmsil edirlər."
Hücumun İsrailin Qəzzaya hücumlarını gücləndirdiyi bir dövrə təsadüf etdiyinə diqqət çəkən Karadaği Moskvadakı hücumun sionistlərin Qəzzada törətdikləri cinayətlərə göz yummaq və diqqəti Qəzzəyə yönəltmək məqsədi daşıdığını bildirib.

Paylaş: