Çin Avropanın altı ölkəsi üçün vizasız rejim tətbiq edəcək
Çin hakimiyyəti Avropanın altı ölkəsinin vətəndaşları üçün birtərəfli vizasız rejim tətbiq edəcək.
Fhnews.az xəbər verir ki, ÇXR-in xarici işlər naziri Van İ bu barədə Çin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Pekin martın 14-dən sınaq olaraq İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika və Lüksemburq üçün vizasız rejim tətbiq edəcək”, - deyə XİN rəhbəri bildirib. Onun sözlərinə görə, ÇXR ölkələr arasında personal mübadiləsini asanlaşdırmaq, o cümlədən ödəniş xidmətlərinin miqdarını artırmaq üçün təşəbbüslər irəli sürməyə davam edəcək.
Xatırladaq ki, Çin hökuməti 2023-cü il dekabrın 1-dən etibarən Avropa İttifaqının beş ölkəsi - İspaniya, İtaliya, Niderland, Fransa və Almaniya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada aradan qaldırıb.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...