22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bu gün üçün geomaqnit qasırğası xəbərdarlığı

11-05-2024
IMG

Çərşənbə günündən etibarən Günəşdə partlayışların olduğu və bu şiddətli geomaqnit qasırğasının mobil telefon şəbəkələrinə, internetə, GPS peyklərinə və elektrik xətlərinə zərər verə biləcəyi bildirilir. Yerin 19 ildən sonra ilk dəfə Günəşdə çox şiddətli partlayışların hədəfi olduğu və "geomaqnit fırtınaları" olaraq təyin olunan bu partlayışların ciddi zərər verə biləcəyi açıqlanıb.

 ABŞ Milli Okean və Atmosfer Administrasiyası  çərşənbə günündən başlayan və həftə sonuna qədər davam edəcəyi bildirilən geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq edib. Vurğulanıb ki, belə bir xəbərdarlıq Yer kürəsinin yarım əsrin ən yüksək radiasiya dozasına məruz qaldığı 2005-ci ildən bəri ilk dəfə edilib.

Bu gün pik həddə çatması gözlənilən günəş partlayışları və tac kütlələrinin atılması yaxından izlənilir. Bildirilib ki, geomaqnit qasırğaları bütün dünyada mobil telefon şəbəkələrini, GPS (qlobal yerləşdirmə sistemi - naviqasiya) peyklərini, interneti, elektrik xətlərini zədələyə, radio siqnallarını poza bilər. Sabah daha aşağı səviyyələrdə davam edəcəyi gözlənilən partlayışlar kosmik gəmilərdə naviqasiya problemlərinə də səbəb ola bilər.

Paylaş: