Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölən və itkin düşənlər var
Braziliyanın cənubundakı Riu-Qrandi-du-Sul ştatında güclü leysan yağışları nəticəsində 5 nəfər ölüb, 18 sakin isə itkin düşüb.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, regional hökumətin məlumatında əlverişsiz hava şəraitinin bu ştatın 77 rayonuna zərər verdiyi və 100 nəfərin təxliyəsinə səbəb olduğu bildirilir. Daha 200 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Hazırda təbii fəlakət zonasında əlverişsiz hava şəraitinin davam edəcəyi proqnozu ilə bağlı fövqəladə vəziyyət davam edir.
Bu il martın sonunda da Braziliyanın cənub-qərbində leysan yağışları Rio-de-Janeyro və Espiritu-Santu ştatlarında 25 nəfərin ölümünə səbəb olmuşdu.
Hazırda bu ölkənin cənub və cənub-şərq əraziləri qızmar havalardan sonra soyuq hava kütləsi axınından əziyyət çəkir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...