Braziliyada leysan yağışlar səbəbindən 11 min insan təxliyə edilib
Cənubi Amerika ölkəsi Braziliyanın Akre əyalətində güclü yağışların yaratdığı daşqınlar səbəbindən 11 min insanın təxliyə edildiyi bildirilib. Dövlət Mülki Müdafiə Koordinatoru Karlos Batista mətbuata verdiyi açıqlamada Akko əyalətinin bəzi şəhərlərində fövqəladə vəziyyət elan edildiyini və Akre çayının daşması halında 11 min nəfərin təxliyə əmri verildiyini bildirib.
Karlos Batista 17 şəhərdə güclü yağış və daşqınların təsirli olduğunu və mülki müdafiə qruplarının bu bölgələrdə axtarış-xilasetmə işləri apardığını qeyd edib.
Xatırladaq ki, ötən il də ölkənin Akko ştatında güclü yağışlar nəticəsində can və mal itkisi olmuşdu.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...