22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BMT 2025-ci ildə Dünya Sosial Sammiti keçirmək niyyətindədir

27-02-2024

BMT Baş Assambleyası 2025-ci ildə Dünya Sosial Sammitinin çağırılması barədə qətnamə qəbul edib.

Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, qətnamə bu sahədəki boşluqları aradan qaldırmaq, Sosial İnkişaf üzrə Kopenhagen Bəyannaməsinə və Fəaliyyət Proqramına əməl etmək və 2030-cu il gündəliyinin həyata keçirilməsinə təkan vermək məqsədi daşıyır.

Konsensusla qəbul edilən siyasi bəyannamədə hazırlıq prosesinin asanlaşdırılması üçün prezidentindən biri inkişaf etməkdə olan ölkədən, digəri isə inkişaf etmiş ölkədən olmaqla, iki köməkçinin təyin olunmasını tövsiyə edir.

Qətnamədə, həmçinin BMT Baş katibindən sammitin hökumətlərarası hazırlıq prosesinə mövcud resurslar çərçivəsində adekvat dəstək verməsi xahiş olunur.

Paylaş: