22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Araşdırma: Günəş tutulmasının heyvanlar aləminə təsiri

08-04-2024

Tam günəş tutulmaları qısa müddət davam etsə də, insanlar üzərində dərin təsirlər yarada bilir. Gündüz qaranlığa qərq olanda heyvanların necə reaksiya verəcəyini təxmin etmək daha çətindir. Alimlər bu nadir təbiət hadisəsinə heyvanların reaksiyası ilə bağlı araşdırmalar aparıblar.

Fhnews.az BBC telekanalına istinadla xəbər verir ki, ingiltərəli Villiam Viler 1932-ci ildə günəş tutulması zamanı heyvanların davranışındakı dəyişikliklərlə bağlı 500-dən çox fərqli məlumatları toplayıb. O, tutulma zamanı quşların, məməlilərin, böcəklərin səs çıxarmağa başladığını, arıların pətəklərinə qayıtdığını bildirib.

2017-ci ilin avqustunda 2 dəqiqə 42 saniyə sürən günəş tutulması zamanı alimlər eyni təcrübəni təkrarlayıblar. Budəfəki müşahidələr daha təəccüblü nəticələr verib. Qaranlıq düşdükcə zürafələr daha da aqressivləşib, Oreqon, Aydaho və Missuri ştatlarında arılar vızıldamağı dayandırıb. Müşahidə edilən heyvanların dörddə üçündən çoxu "heyrətləndirici" hadisəyə aydın reaksiya verib. Onların bəziləri normal hərəkətini davam etdirib, bəziləri axşam işlərini yerinə yetirib, bir hissəsi gərgin və narahat olub, digər hissəsi isə yeni davranışlar nümayiş etdirib.

Qeyd olunub ki, boz ayılar bütün tutulma boyu üşüyüb və gözlərini yumub. Gecə quşları isə çox çaşqın görünüb. Zürafələr vəhşi təbiətdə yırtıcılardan və ya nəqliyyat vasitəsindən qorxmuş kimi qaçmağa başlayıb. Qalapaqosda nəhəng tısbağalarda aktivlik müşahidə olunub. Həmçinin balıqlar sığınacaq axtarıb, hörümçəklər isə torlarını məhv edib.

Paylaş: