Amarant bitkisinin kök və yerüstü orqanlarında suyun miqdarının səviyyəsi öyrənilib
Fərqli ekoloji şəraitlərdə (Kürdəmir, Bərdə, və Tərtər) yabanı halda bitən amarant (Amaranthus L.) bitkisinin morfometrik göstəriciləri (quru və yaş biokütlə, yarpaqların miqdarı, çəkisi, səthinin sahəsi) ilə yanaşı, kök və yerüstü orqanlarında suyun miqdarının səviyyəsi öyrənilib.
Fhnews.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, Bərdə və Tərtər rayonlarından toplanmış amarant bitkisinin kök və yerüstü orqanlarında quru biokütlənin azalması müşahidə edilib. Belə ki, nəzarətə (Kürdəmir) nisbətən köklərdə uyğun olaraq 97-98 faiz, yerüstü orqanlarda isə 95-89 faiz quru biokütlə qeydə alınıb. Bitkinin kök və yerüstü orqanlarında suyun miqdarında isə nəzarətlə müqayisədə çox cüzi bir azalma müşahidə olunub. Bu, Bərdə rayonunda uyğun olaraq 96-99,6 faiz, Tərtər rayonunda isə 86,8-92,2 faiz təşkil edib.
Hollandiyada yetişdirilən xüsusi lalə...
ABŞ-da kəpənək populyasiyası 22 % azalıb...
Antalyada anemon vaxtı......
Çay dəmləmək sağlamlıq üçün zərərli ağır...
İqlim dəyişikliyi şokolad istehsalına da...