4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Əli Əsədov: Yüksək rəqabətli insan kapitalını formalaşdırılması əsas prioritetlərimizdən biridir

16-02-2024

Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün əsas prioritetlərimizdən biri yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsilin, sağlam cəmiyyətin, idmanın, mədəniyyətin, innovasiyaların təşviq edilməsi əsas şərtdir.

Fhnews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir vəzifəsini icra edən Əli Əsədov səsləndirib.

O qeyd edib ki, bütün bunlara nail olmaq üçün müasir çağırışlara cavab verən dayanıqlı və güclü iqtisadiyyatın, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı, maliyyə müstəqilliyinin daha da gücləndirilməsi təmin edilməlidir. Növbəti dövrdə Azərbaycan hökumətinin işinin əsas prioritetlərini bu hədəflərin reallaşdırılması, bununla bağlı qarşıda duran vacib çağırışlara çevik reaksiya verilməsi təşkil edəcək.

Paylaş: