2024-cü il Paris Olimpiadasının keçiriləcəyi Fransada Denge qızdırması halları artıb
Fransanın paytaxtında keçiriləcək 2024-cü il Paris Olimpiadası öncəsi ölkədə Denge qızdırması halları artmağa başlayıb. Vəziyyət narahatlığa səbəb olub. Fransa Səhiyyə Nazirliyi yanında Səhiyyə Baş İdarəsinin direktoru Qreqori Emeri mətbuata verdiyi açıqlamada yanvarın 1-dən bu yana 1679 denge qızdırması hadisəsinin görüldüyünü və hadisələrin ötən illə müqayisədə rekord səviyyədə artım olduğunu bildirib.
Emeri bildirib ki, xəstəlik daha çox Cənubi Amerikadan və Fransanın Karib dənizindəki xarici ərazilərindən gələn sərnişinlərdə müşahidə olunur.
Fransanın İctimai Səhiyyə Baş direktoru Caroline Semaille bu bölgələrdə denge qızdırması epidemiyasının görünməmiş səviyyədə olduğunu və xəstəliyin birbaşa Fransaya təsir etdiyini söyləyib.Mütəxəssislərin fikrincə, Olimpiada zamanı virusa yoluxma halları arta bilər.
Xatırladaq ki, 2024-cü il Paris Olimpiadası 26 iyul-11 avqust tarixləri arasında keçiriləcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...