1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı
ABŞ-də mütəxəssislər 1990-cı illərdə yoxa çıxan “S73-7” eksperimental peyki tapıblar.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, peyki Harvard-Smitson Astrofizika Mərkəzinin alimləri aşkarlayıblar.
Qeyd olunur ki, infraqırmızı kalibrləmə topu adlandırılan “S73-7” kosmik zondu hələ 1974-cü ildə buraxılıb. O, uzaqdan zondlama sistemini kalibrləmək üçün nəzərdə tutulmuşdu. Lakin Yerdən 800 km hündürlükdə orbitə girdikdən sonra 66 sm enində olan zond öz işlək vəziyyətinə qayıda bilməyib.
Bir müddət Yerdəki sistemlər yararsız hala düşmüş cihazı izləyə bilsə də, 25 ildən sonra o, radarlardan itib. Nəticədə kosmik zond yalnız ötən ayın sonunda tapılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...