Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Fhnews.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd edək ki, Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq ötən gün Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilmişdi. Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulmuşdu.
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...