Yük gəmisi körpüyə çırpıldı
Çinin Fujian əyalətindən yola düşən 4900 ton polad daşıyan gəmi yerli vaxtla saat 21.20 radələrində Quandun əyalətinin Foşan şəhərində Jiujiang körpüsünün ətəyinə çırpılıb.
Yerli hakimiyyət orqanlarından verilən açıqlamada, göyərtəsində 11 ekipaj üzvü olan gəminin anbarının qəzadan sonra su almağa başladığı və saat 23.40 radələrində batdığı bildirilib. Bölgədəki fövqəladə hallar idarəsindən verilən açıqlamaya görə, ekipajdan 7-si xilas edilib, itkin düşən 4 nəfərin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Axtarış-xilasetmə əməliyyatları üçün bölgəyə 32 gəmi və 400-dən çox canlı qüvvə göndərilib. Ekspert qrupu tərəfindən aparılan ilkin ekspertiza zamanı körpünün əsas konstruksiyasına ciddi ziyan dəymədiyi müəyyən edilib. Qəza ilə bağlı araşdırma başlayıb.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...