Yeni Zelandiyada təyyarədə baş verən insident nəticəsində 50 nəfər yaralanıb
Yeni Zelandiyada Çilinin “Latam Airlines Group” aviaşirkətinə məxsus təyyarədə baş verən insident nəticəsində azı 50 nəfər xəsarət alıb.
Fhnews.az New Zealand radiostansiyasına istinadla xəbər verir ki, yaralılardan 13 nəfəri xəstəxanaya yerləşdirilib.
Sidneydən Oklendə uçuş zamanı gözlənilməz texniki xəta təyyarənin təxminən 100 metr kəskin hündürlük itirməsinə səbəb olub. Nəticədə bəzi sərnişinlər və stüardessalar yaralanıb. Həkimlər xəstəxanaya yerləşdirilən 13 pasientdən birinin vəziyyətini ağır, digərlərinin vəziyyətini isə orta-ağır qiymətləndirirlər.
Texniki problemlərə baxmayaraq, təyyarə Oklend Beynəlxalq Hava Limanına uğurla eniş edə bilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...