Yeni Dehlidə 5 günlük “qırmızı xəbərdarlıq” elan edilib
Hindistanın paytaxtı Yeni Dehlidə havanın temperaturunun mövsüm normalarından yüksək olması ilə əlaqədar 5 günlük “qırmızı xəbərdarlıq” elan edilib.
Hindistan Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, Yeni Dehlidə havanın temperaturu 44 ilə 47 dərəcə arasında olub. Bu səbəbdən Yeni Dehli və ətraf bölgələrə təsir edən yüksək isti dalğası səbəbiylə 5 günlük "qırmızı xəbərdarlıq" elan edilib.
Yeni Dehli Təhsil Müdirliyinin açıqlamasında bölgədəki məktəblərdə mayın 11-dən iyunun 30-dək yay tətilinin elan edildiyi bildirilir.
Qeyd edək ki, Hindistanda hər il yüzlərlə insan yayda temperaturun artması səbəbindən ölür. Statistik məlumatlara görə, 2020-ci ildə Hindistanda yüksək temperaturdan 530, 2021-ci ildə isə 374 nəfər ölüb. 2015-ci ildə isə bu rəqəm 1908 olub.
İqlim üzrə ekspertlərin fikrincə, qlobal istiləşmə Hindistan kimi Cənubi Asiya ölkələrində insan itkisi ilə nəticələnən istilik dalğaları ehtimalını 30 dəfəyə qədər artırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...