Yasamalda yaşayış binasının zirzəmisinə dolan su çəkilib (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisinə su anbarının zədələnməsi nəticəsində su dolması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Görülmüş tədbirlər nəticəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
Azərbaycan və Özbəkistan arasında...
FHN tərəfindən “Yaz-yay fəsillərində sel...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...