Yaponiyanın qərbində 6,4 və 5 bal gücündə iki zəlzələ olub
aponiyanın qərbindəki Ehime prefekturasının sahillərindəki Bunqo-suido boğazında 6,4 və 5 bal gücündə iki zəlzələ baş verib. Yaponiya Meteorologiya Agentliyinin açıqlamasına görə, 6,4 bal gücündə zəlzələ yerli vaxtla saat 23.14-də, 5 bal gücündə olan zəlzələ isə 23.19-da olub.
6,4 bal gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 bal gücündə isə 40 kilometr dərinlikdə qeydə alınıb.
Ehime, Koçi, Oita və Xirosima prefekturalarında hiss olunan zəlzələlərdən sonra sunami xəbərdarlığı verilməyib.
Qeyd edək ki, Bunqo-suido boğazı Seto daxili dənizini Filippin dənizi ilə birləşdirir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...