Yaponiyada qar uçqunu
Yaponiyanın Hokkaydo əyalətindəki Rişiri dağında qar uçqunu olub. Fəlakət yerli vaxtla saat 12.30 radələrində baş verən zaman bölgədə çox sayda insanın xizək sürdüyü öyrənilib. Ən azı 3 nəfərin uçqun altında qaldığı açıqlanarkən, bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb.
Ötən gün ölkənin Naqano əyalətindəki Kazafuki dağında baş verən qar uçqunu nəticəsində xəsarət alan 2 nəfər xilas edilib. Tottori vilayətində Daisen dağında uçqun fəlakətində isə 1 nəfərin bölgədə bir alpinist tərəfindən xilas edildiyi, itkin düşən 2 nəfərin axtarışlarının davam etdiyi bildirilib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...