22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada infeksiya rekord səviyyəyə çatıb

15-03-2024

Yaponiyada nadir, lakin təhlükəli bakterial infeksiya rekord sürətlə yayılır və alimlər bunun səbəbini hələ də  müəyyən etməkdə çətinlik çəkirlər.

2024-cü ildə yoluxmaların sayının ötən ilin rekord göstəricilərini keçəcəyi gözlənilsə də, “streptokok” infeksiyasının ən ağır və ölümcül forması olan streptokok toksik şok sindromunun yayılmağa davam edəcəyi ilə bağlı narahatlıqlar artır.
Milli Yoluxucu Xəstəliklər İnstitutunun açıqlamasına görə, streptokokların ağır və kəskin formalarının arxasında duran mexanizmlərlə bağlı hələ də bir çox naməlum amillər var .

2024-cü ilin ilk iki ayında artıq 378 hadisə qeydə alınıb, infeksiyalar Yaponiyanın 47 prefekturasından ikisi istisna olmaqla, hamısında aşkar edilib.Yerli Yaponiya mətbuatının məlumatına görə, 2023-cü ilin iyul-dekabr ayları arasında infeksiya diaqnozu qoyulmuş 50 yaşdan aşağı 65 nəfərin təxminən üçdə biri dünyasını dəyişib. İnfeksiya hallarının çoxu "streptococcus pyogenes" adlı bakteriyadan qaynaqlanır.

Daha çox "strep A" kimi tanınan bu xəstəlik xüsusilə uşaqlarda boğaz ağrısına səbəb olur. Ancaq infeksiyaya səbəb olan çox yoluxucu bakteriyalar bəzi hallarda, xüsusən də 30 yaşdan yuxarı yetkinlərdə də ciddi xəstəliklərə, sağlamlıq problemlərinə və ölümə səbəb ola bilər. Xəstəliklərin təxminən 30 faizi ölümcül olur. Yaşlı insanlar soyuqdəyməyə bənzər simptomlarla qarşılaşa bilər, lakin nadir hallarda simptomlar pisləşərək boğaz ağrısı, tonzillit, sətəlcəm və meningit ola bilər. Ən ağır hallarda infeksiya orqan çatışmazlığına səbəb ola bilər.

Bəzi ekspertlər hesab edir ki, ötən il halların sürətlə artması koronavirusun yayılması zamanı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır.

Paylaş: