Yanvar-may aylarında 180,2 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-may ayında 180,2 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 72 min nəfərin münasib işlərlə təminatı həyata keçirilib. 1,6 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə təmin olunub.
Həmin dövrdə Agentlik tərəfindən 7,3 min nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 99,3 min şəxsə peşəyönümü xidmətləri göstərilib.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...