Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri davam etdirilir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkədə epizootik sabitliyin qorunması və xüsusi təhlükəli heyvan xəstəliklərinin qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir. Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən ölkədə xüsusi təhlükəli heyvan xəstəliklərinə görə epizootik vəziyyət nəzarətdə saxlanılır, bu xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirilir.
Fhnews.az xəbər verir ki, “Epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər” planına uyğun olaraq cari ilin may ayında 681171 baş iribuynuzlu, 2877739 baş xırdabuynuzlu, 18006 baş təkdırnaqlı heyvanda, 1051 baş donuzda qarayara xəstəliyinə, 171694 baş iribuynuzlu, 1210028 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə, 391620 baş iribuynuzlu heyvanda infeksion “nodulyar dermatit” xəstəliyinə, 905272 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə, 893 baş donuzda klassik taun xəstəliyinə, 22629 baş iribuynuzlu və 91066 baş xırdabuynuzlu heyvanda bruselyoz xəstəliyinə, 6596 baş sahibli, 250 baş sahibsiz it və 500 baş vəhşi heyvanda quduzluğa qarşı peyvəndləmə tədbirləri aparılıb.
Ektoparazitlərə qarşı 54628 baş xırdabuynuzlu və 2785 baş iribuynuzlu heyvan çimizdirilib. Eləcə də 297 baş təkdırnaqlı heyvan “manqo”ya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib. Heyvan saxlanan 20663 kvadratmetr ərazidə profilaktiki dezinfeksiya, peyvəndləmədən sonra 1835081 kvadratmetr sahədə məcburi dezinfeksiya və 17190 kvadratmetr ərazidə dezinseksiya tədbirləri aparılıb. Tədbirlərin həyata keçirilməsində ölkə üzrə 1053 nəfər fərdi baytar mütəxəssisi fiziki şəxs kimi fəaliyyət göstərib.
Həmçinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə heyvanların yemlənməsi, bəslənməsi və saxlanmasında baytarlıq-sanitariya tələblərinə əməl edilməsinə dair məsləhət və tövsiyələr verilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə həyata keçirilən profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtında aparılmasının nəticəsi olaraq Respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hazırda epizootik vəziyyət sabitdir. Xırdabuynuzlu və iribuynuzlu heyvanlar arasında qarayara və dabaq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir.
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...
Braziliyalı nazir: Karbon bazarlarının...
COP29-da İtki və Zərər Fondunun tam...
COP29-un yekun qərarlarından birində...
COP29-un bağlanış plenar iclasında Paris...