Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb
Xocavənd rayonunun Xocavənd kəndi ərazisində xeyli sayda partlayıcı maddə aşkarlanıb.
Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, ANAMA əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə improvizə olunmuş partlayıcı qurğular, partlayıcı maddələr, elektrik və qeyri elektrik detonatorlarından ibarət güclü partlayış törətmək üçün hazırlanmış xeyli sayda partlayıcı yüklər, habelə Ermənistan istehsalı olan D1 markalı əl qumbaralarından istifadə edilərək quraşdırılmış improvizə edilmiş partlayıcı qurğular aşkarlanıb.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
FHN tərəfindən “Yaz-yay fəsillərində sel...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...