Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, elektrik enerjisinin kəsilməsi səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti beşinci mərtəbədə dayanıb və vətəndaşlar liftdə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
FHN tərəfindən “Yaz-yay fəsillərində sel...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...