Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə pəncərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1987-ci il təvəllüdlü Orxan Həşimov yaşadığı fərdi yaşayış evinin yanında giriş qapısı olmayan yarımtikiliyə pəncərədən yıxılıb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə pəncərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...