Xəzər dənizində gəmiyə su dolub, sərnişinlər təxliyə edilib
Dünən saat 21 radələrində sahildən 30 kilometr aralı Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb. Dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib. Heyət üzvləri və sərnişinlər bu gəmilərə təxliyə ediliblər.
Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) bildirilib.
Qeyd olunub ki, hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur.
“PS 173” gəmisi isə hadisə ərazisinə gələn “Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb.
Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşəndən sonra daha ətraflı məlumat veriləcək.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...